Dünyada bahalaşan və ucuzlaşan ərzaq məhsulları – SİYAHI

Baş səhifə

Bakı: Trend:

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı (FAO) Ərzaq Qiymətləri İndeksi (FFPI) 2025-ci ilin iyul
ayında orta hesabla 130.1-a bərabər olub. Bununla da ərzaq
qiymətləri indeksi iyun ayı ilə müqayisədə 1.6%, ötən ilin müvafiq
dövrü ilə müqayisədə isə 7.6% artıb.

Trend-in
rəsmi mənbədən əldə etdiyi məlumata görə, dövr ərzində ət və bitki
yağları üzrə qiymət indeksi artıb, şəkər və taxıl məhsulları üzrə
isə azalıb.

TAXIL MƏHSULLARI (DƏNLİ BİTKİLƏR)

Taxıl məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla
106.5 bənd təşkil edib:

  • İyun ayına nisbətən 0.8 bənd (0.8 %) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.2 bənd (3.8%)
    azalıb.

Taxıl məhsullarının qiymət indeksinin azalmasının əsas
səbəbləri:

  • Şimal yarımkürəsində yüksək mövsümi tədarük fonunda buğda
    qiymətinin azalması;
  • Sorqo qiymətinin azalması;
  • Düyü qiymətinin azalması.

BİTKİ
YAĞLARI

Bitki yağı Qiymətləri İndeksi iyul ayında orta hesabla 166.8
bənd təşkil edib:

  • İyun ayına nisbətən 11.1 bənd (7.1 %) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.8 bənd (23.6%)
    artıb.

Bitki yağları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Beynəlxalq palma yağı qiymətləri qiymət rəqabət qabiliyyətinin
    artması fonunda qiymətinin artması;
  • Amerika Birləşmiş Ştatlarında bioyanacaq sektorundan daha
    yüksək xammal tələbi gözləntilərinin təsiri fonunda soya yağının
    qiymətinin artması.

ƏT
MƏHSULLARI

Ət Qiyməti İndeksi iyul ayında orta hesabla 127.3 bənd təşkil
edib:




  • İyun ayına müqayisədə 1.5 bənd (1.2 %) artıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.3 bənd (6.0%)
    artıb.

Ət məhsulları qiymət indeksinin artmasının əsas səbəbləri:

  • Avstraliyada yüksək kotirovkalar, Çin və ABŞ-də olan yüksək
    tələbat fonunda mal ətinin qiymətinin artması; Yüksək tələb və
    Okeaniyada aşağı ixrac imkanları fonunda qoyun əti qiymətinin
    artması;
  • Braziliya ixrac qiymətlərinin artması fonunda quş əti
    qiymətinin artması.

SÜD
MƏHSULLARI

Süd məhsullarının Qiymətləri İndeksi iyul ayında orta hesabla
155.3 bənd təşkil edib:

  • İyun ayı ilə müqayisədə 0.2 bənd (0.1%) azalıb;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.4 bənd (21.5%)
    artıb.

Süd məhsullarının qiymət indeksinin azalmasının əsas
səbəbləri:

  • Okeaniya aşağı kotirovkalar fonunda kərə yağı qiymətinin
    azalması;
  • Okeaniyadan geniş ixrac tədarükü və xüsusilə Çin və digər əsas
    Asiya bazarlarından idxal tələbinin azalması fonunda tam və yağsız
    süd tozu qiymətlərinin azalması.

ŞƏKƏR

Şəkər Qiymət İndeksi iyul ayında orta hesabla 103.3 bənd təşkil
edib:

  • May ayına nisbətən 0.2 bənd (0.2 faiz) azalıB;
  • Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16.2 bənd (13.5 %)
    azalıb.

Şəkər məhsulları üzrə qiymət indeksinin azalmasının əsas
səbəbləri:

  • 2025/26 -cı illərdə qlobal şəkər istehsalının mümkün bərpası
    ilə bağlı ilkin proqnozlar fonunda şəkər qiymətinin azalması;
  • Hindistan və Taylandda gözləniləndən yüksək hasilat
    gözləntiləri fonunda şəkər qiymətinin azalması.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
Azərbaycanda 2025-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri
indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 105,8 faiz, o
cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,6
faiz, qeyri-qida malları üzrə 102,6 faiz, əhaliyə göstərilən
ödənişli xidmətlər üzrə 107,3 faiz təşkil edib.

Təkcə 2025-ci ilin iyul ayında isə ölkədə istehlak qiymətləri
indeksi iyun ayı ilə müqayisədə 99,9 faizə bərabər olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir