İsrailin Qəzzaya zərbə endirməsi nəticəsində beşi jurnalist olmaqla, 20 nəfər ölüb – YENİLƏNİB

Baş səhifə

İsrailin Qəzzadakı Nasser xəstəxanasına zərbə endirməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA BBC-yə istinadən xəbər verir ki, İsrail ordusu xəstəxanaya zərbə endirdiyini etiraf edib və məsələ ilə bağlı araşdırmaya başlayıb.

Lakin xəstəxananın niyə hədəfə alındığını bəyan etməyib.

Hadisə zamanı ölən jurnalistlərin sayı 5-ə çatıb.

***

12:45

İsrailin Qəzza zolağında Nasser xəstəxanasına zərbə endirməsi nəticəsində 4-ü jurnalist olmaqla, 15 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.

Həlak olan jurnalistlər Hossam əl Məsri, Məhəmməd Salama, Məryəm əbu Daqa və Moaz əbu Tahadır.

Bununla da Qəzzada həyatını itirən jurnalistlərin sayının 244-ə çatdığı bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir