“Araz-Naxçıvan” Coşqun Diniyevi transfer edib

Baş səhifə

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

Klubdan “Report”a verilən məlumata görə, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib. O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir