Sədərəkdəki yanğınla bağlı sığorta şirkətlərinə hər hansı müraciət daxil olmayıb

Baş səhifə

Bakı.Trend:

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək”
ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən
şiddətli yanğın ciddi zərərlə nəticələnib Təəssüflə qeyd etmək
istəyirik ki, məhz bu kimi hadisələr sığorta xidmətlərinin
vacibliyini bir daha ön plana çıxarır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Sığortaçılar Assosiasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən
sözügedən hadisə ilə bağlı müvafiq olaraq ölkəmizdə fəaliyyət
göstərən 10 qeyri-həyat sığortası şirkətinə sorğu ünvanlanıb:




“Əldə etdiyimiz və bu günə olan rəsmi məlumatlara görə, hadisə
ilə bağlı sığorta şirkətlərinə heç bir əmlak sahib(lər)i tərəfindən
hər hansı müraciət daxil olmayıb”.

Qeyd edilib ki, bu kimi hadisələrin zərərlərini ölkəmizdə tətbiq
olunan Daşınmaz əmlak icbari sığortası, Əmlakın yanğından və digər
risklərdən sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki
məsuliyyətin icbari sığortası növ və məhsulları ilə hadisə baş
vermədən əvvəl sığortalanaraq təminat altına almaq mümkündür:

“Əlavə olaraq onu da vurğulamalıyıq ki, bütün əmlaklarda,
ələlxüsus da, bu kimi böyük ticarət obyektlərində yanğın
təhlükəsizliyi qaydalarına əməl olunmasını, qarşısıalınma
tədbirlərinə riayət edilməsini və baş verə biləcək hər cür bədbəxt
hadisələrlə bağlı priventiv addımların atılmalı olduğunu tövsiyə
edirik”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir