Azərbaycanın magistral qaz kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlirləri məlum olub

Baş səhifə

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) fəaliyyətindən əldə olunan gəlirləri 1 milyard 359 milyon 156,6 min manat təşkil edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 0,05 % azalıb.

Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər 7,1 % artaraq 25,5 milyon kubmetr təşkil edib.

Bildirildiyi kimi, hesabat dövründə magistral qaz kəmərləri ilə 20 milyard 260,5 milyon kubmetr qaz (1,4 % az) nəql edilib. Eyni zamanda, nəql olunan ümumi həcmin 55,45 %-i Cənubi Qafqaz Boru Kəmərinin payına düşüb.