Uşaq evi sosial xidmət müəssisələrinin üç sakini ali məktəbə daxil olub

Baş səhifə

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət
müəssisələrinin üç sakini ali məktəbə daxil olub.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.




Bildirilib ki, agentliyin 1 saylı Uşaq evi sosial xidmət
müəssisəsinin sakini Nuray Babək qızı Sasani Bakı Xoreoqrafiya
Akademiyasının, 4 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakini
Ayşən Aydın qızı Quliyeva Gəncə Dövlət Universitetinin, 2 saylı
Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsinin sakini Zakir
Amid oğlu Ələkbərli isə Lənkəran Dövlət Universitetinin tələbəsi
adını qazanıblar.