Azərbaycanın birinci yarımildə magistral qaz kəmərlərindən gəlirləri açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral qaz
kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK)
fəaliyyətindən əldə olunan gəlirləri 1,359 milyard manat, qaz
nəqlinin həcmi isə 20,260 milyard kubmetr təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat
verilib.




Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə magistral
qaz kəmərlərinin fəaliyyətindən əldə edilən gəlirlər 654,4 min
manat və ya 0,05%, qaz nəqlinin həcmi isə 280,2 milyon kubmetr və
yaxud 1,4% azalıb.

Hesabat dövründə magistral qaz kəmərlərində qeydə alınan itkilər
ötən ilin müvafiq dövrünə nisbətən 1,7 milyon kubmetr və ya 7,1%
artaraq 25,5 milyon kubmetr təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir