
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın magistral neft
kəmərlərinin fəaliyyətindən əldə olunan gəlirləri 523,480 milyon
manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat
verilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8
milyon manat və ya 2,7% azdır.
Ümumilikdə, hesabat dövründə neft boru kəməri nəqliyyatı ilə
cəmi yük daşımalarının həcmi 18,513 milyon ton olub.
Bu isə bir il əvvəlki göstəriciyə nisbətən 725,6 min ton və
yaxud 3,8% azalma deməkdir.