
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən
dəhlizlər çərçivəsində dəmir yolu və dəniz nəqliyyatı ilə yük
daşımalarından 260,804 milyon manat gəlir əldə olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.
Məlumata əsasən, bu, ötən ilin eyni dövründəki göstərici ilə
müqayisədə 15,4 milyon manat və ya 5,6% azdır.
Hesabat dövründə Azərbaycan ərazisindən keçən dəhlizlər
çərçivəsində dəmir yolu ilə yük daşımalarından gəlirlər 163,922
milyon manat təşkil edib. Bu, bir il əvvəlki göstəriciyə nisbətən
16,396 milyon manat və ya 9,1% azdır.
Eyni zamanda hesabat dövründə dəniz nəqliyyatı üzrə daşımalardan
əldə edilən gəlirlər isə illik müqayisədə 1,012 milyon manat və ya
1% çoxdur.
2025-ci ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizlərində dəmir
yolu nəqliyyatı ilə 7,120 milyon ton, dəniz nəqliyyatı ilə 3, 752
milyon ton, avtomobil nəqliyyatı ilə isə 5,307 milyon ton yük
daşınıb.