
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində pərakəndə ticarət
dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4
faiz artaraq 17,394 milyard manat olub.
Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən
xəbər verir.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları,
içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-iyun
ayları ilə müqayisədə 1,1 faiz azaraq 9,609 milyard manata,
qeyri-ərzaq malları isə 11,9 faiz artaraq 7,785 milyard manat
olub.
Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin
yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 8,5 faiz, fərdi sahibkarlar, bazar və
yarmarkalarda isə 2,0 faiz artıb. İstehlak məhsullarının 38,4 faizi
hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara
məxsus ticarət obyektlərində, 11,3 faizi isə paytaxtın əmtəə
bazarlarında satılıb.