Bakıda inşaat işlərinin 91 faizi qeyri-dövlət sektorunun payına düşüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində tikinti
müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 86,6
faizini inşaat, yenidənqurma və bərpa, 6,6 faizini əsaslı təmir,
3,5 faizini cari təmir, 3,3 faizini isə sair tikinti işləri təşkil
edib.

Bu barədə Trend Bakı şəhər Statistika İdarəsinə istinadən
xəbər verir.

Məlumata görə, ümumi inşaat işlərinin 91,4 faizini qeyri-dövlət
tikinti müəssisələri yerinə yetiriblər.




Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə üzrə
tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə
alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,8 faizini inşa,
yenidənqurma və bərpa, 8,0 faizini əsaslı təmir, 5,4 faizini cari
təmir, 3,8 faizini isə sair tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 88,6 faizini qeyridövlət mülkiyyətində
olan tikinti müəssisələri yerinə yetiriblər.