Xocavənddə yanğın başlayıb – Söndürülməsinə helikopter cəlb olunub

Baş səhifə

Xocavənd. Trend:

Xocavənddə yanğın başlayıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yanğın Xocavənd rayonunun Edilli
və Ağbulaq kəndi ərazisindəki meşə massivində müşahidə edilir.




Hadisə yerinə FHN-nin Füzuli və Cəbrayıl rayonlarının
yanğınsöndürən bölməsinin əməkdaşları, Aviasiya dəstəsinin
helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə əməliyyatları və
yanğın davam edir.