
Bakı. Trend:
İlon Maskın “xAI” və “X” şirkətləri “Apple Inc” və “OpenAI”
şirkətlərini sövdələşmədə və haqsız rəqabətdə ittiham edərək
məhkəməyə verib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-nin Texas ştatının Şimal Dairə
Məhkəməsində “Grok” çat-botun tərtibatçısı xAI şirkəti və sosial
şəbəkə X tərəfindən qaldırılan iddiada deyilib.
Bildirilib ki, “Apple”ın “OpenAI” şirkətinə məxsus “ChatGPT”
proqramını “iPhone” əməliyyat sisteminə inteqrasiya etmək qərarı
azad rəqabətə xələl gətirir və istehlakçıları seçim hüququndan
məhrum edir.
Sənəddə qeyd olunub ki, Apple və OpenAI smartfonlar və generativ
süni intellekt bazarlarında inhisar mövqelərini saxlamaq üçün
razılığa gəliblər.

