7 milyardlıq SOCAR layihəsi Avropaya çıxışı asanlaşdıracaq –

Baş səhifə

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yeni investisiya planı açıqlayıb. Şirkət qonşu ölkəyə əlavə olaraq 7 milyard dollar sərmayə yatıracaq.

İqtisadçı ekspert Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirib ki, SOCAR artıq bu günə qədər 20 milyarddan çox Türkiyə iqtisadiyyatına yatırım qoyub:

“Bu cür layihələr iki ölkə arasında iqtisadiyyatın inteqrasiyasında ciddi rol oynayan layihələrdir. SOCAR-ın həyata keçirdiyi 7 milyardlıq sərmayə layihəsi də əsasən neftayırma və neftkimya sənayesinə yönələcək. Neft məhsullarına çox böyük tələbatın olduğu bir dövrdə bu layihələr SOCAR-ın logistika baxımından Türkiyə üzərindən Avropa bazarlarına daha rahat çıxmasını təmin edəcək. İki ölkə arasında iqtisadi-siyasi inteqrasiyanı daha da genişləndirən və dərinləşdirən layihələr olacaqdır”.

Ülkər Cəlilzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.