
ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin adını dəyişdirə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib.
Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Jae Myung ilə görüşdə bildirib ki, Müdafiə Naziri Müharibə Departamenti adlandırıla bilər.
Tramp, “Biz buna Müdafiə Nazirliyi deyirik, amma yəqin ki, adını dəyişəcəyik. Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi zamanı o, Müharibə Departamenti adlanırdı. Düşünürəm ki, bu, tam olaraq belədir. Mənə elə gəlir ki, bu idarənin adını dəyişəcəyik” – deyə bildirib.
ABŞ prezidenti əvvəlki açıqlamalarında Müdafiə Nazirliyi əvəzinə “Müharibə Departamenti” ifadəsini işlətməyə üstünlük verəcəyini bildirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.