Serbiyanın əsas xarici siyasət hədəfi Avropa İttifaqına üzv olmaqdır – Vuçiç

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) qoşulmaq Serbiyanın əsas xarici siyasət
məqsədi olaraq qalır.

Trend-in
məlumatına görə, bu barədə “Euronews” telekanalına müsahibəsində
respublika prezidenti Aleksandr Vuçiç bildirib.

A.Vuçiç vurğulayıb ki, Serbiya Avropaya inteqrasiya
istiqamətində öz kursunu davam etdirəcək və lazımi islahatları
davam etdirəcək.




“Nə qədər ki, mən ölkəyə rəhbərlik edirəm, Serbiya Avropa
yolunda möhkəm, sadiq və lazımi islahatları həyata keçirmək əzmində
qalacaq”, – deyə Serbiya prezidenti qeyd edib.

Onun sözlərinə görə, Aİ-yə üzvlük prioritet olaraq qalır, çünki “ölkənin yeri məhz ordadır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir