
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyinin adını
“Müharibə Nazirliyi” adlandırmağı düşünür.
Trend-in
məlumatına görə, bu barədə D.Tramp Ağ Evdə Cənubi Koreya prezidenti
Li Çje Myonqla görüşün əvvəlində jurnalistlərin suallarını
cavablandırarkən bildirib.
“Bunun adı Müdafiə Nazirliyidir, amma öz aramızda qalsın,
düşünürəm ki, biz onun adını dəyişəyəcik. Əgər həqiqəti bilmək
istəyirsinizsə, tezliklə bununla bağlı bəzi məlumatları
səsləndirəcəyik”, – deyə o qeyd edib.
ABŞ prezidenti xatırladın ki, Birinci və İkinci Dünya
Müharibələri zamanı nazrilik “Müharibə Nazirliyi” adlandırılıb.
Tramp qeyd edib ki, bunu onun özü Pentaqonu adlandırır.

