
ABŞ-ın Əfqanıstandan çıxarılma prosesinin təfərrüatlarını araşdıran istintaq 2026-cı ilin ortalarına qədər başa çatacaq.
APA xəbər verir ki, bu barədə ABŞ Müdafiə naziri Pit Heqset Ağ Evdə Prezident Donald Trampla birlikdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bu istintaqın 2026-cı ilin ortalarına qədər tamamlanacağını gözləyirəm. Bu, prosesə nə qədər diqqətlə yanaşmağımızdan irəli gəlir. Ümid edirəm ki, bir az əvvəl başa çatar, amma hər şeyi araşdıracağıq ki, dəqiq nələr baş verdiyini anlamaq mümkün olsun”, – deyə Pentaqon rəhbəri vurğulayıb.