Türkiyədə atışma nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Baş səhifə

Türkiyədə iki qrup arasında baş verən atışmada 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Report” “Haberglobal”a istinadən xəbər verir ki, hadisə Diyarbakır vilayətinin Yenişehir rayonunda qeydə alınıb.

İlkin məlumata görə, münasibətləri əvvəlcədən kəskin olan iki qrup yolda rastlaşıb, sözlü dalaşdan sonra isə odlu silahlar işə salınıb.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb edilib. Atışma nəticəsində yaralanan 7 nəfər xəstəxanaya aparılıb, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir