Rubio avropalı həmkarları ilə Ukraynanın nizamlanması məsələsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Finlandiya, Fransa, Almaniya,
İtaliya, Polşa, Böyük Britaniya və Ukraynanın xarici işlər
nazirləri, həmçinin Avropa diplomatiyasının rəhbəri ilə Ukraynadakı
münaqişənin diplomatik yolla həllini müzakirə edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat
xidməti bildirib.




Bildirilib ki, tərəflər “uzunmüddətli danışıqlar yolu ilə
Rusiya-Ukrayna müharibəsinə son qoymağa yönəlmiş diplomatik səyləri
davam etdirmək barədə razılığa gəliblər”.

“CNN” televiziya kanalı qeyd edib ki, M.Rubio “Avropa və
Ukraynanın xarici işlər nazirləri ilə koalisiyanın Ukrayna üçün
potensial təhlükəsizlik təminatlarının yaradılması üzrə işini
müzakirə edib”.