
Goranboy rayonu ərazisində minik avtomobili idarəetmədən çıxaraq aşıb.
“Report”un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1989-cu il təvəllüdlü A.Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib, 1994-cü il təvəllüdlü F.Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.