Goranboyda qəza: bir nəfər öldü

Baş səhifə

Bakı.Trend:

Goranboyda yol nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb.

Trend-in
məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində baş
verib.




Belə ki, ötən gecə Xanqərvənd kəndində yaşayan F.Zeynalov idarə
etdiyi “Hyundai İX35” markalı avtomobillə Naftalan-Goranboy
avtomobil yolunun Goranboy rayonu Xanqərvənd kəndi ərazisindən
keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirərək
avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin A.Həsənova
aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Goranboy RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət
işi başlanılaraq ibtidai istintaqı aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir