Tokayev Çinə səfər edəcək

Baş səhifə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 avqust – 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

“Report”un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

“31 avqust – 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və “ŞƏT plus” iclasında iştirak edəcək”, – məlumatda qeyd olunur.

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində “Qazaxıstan – Çin” İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir