Tokayev Çinə gedir

Baş səhifə

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasına rəsmi səfər edəcək.

Metbuat.az xəbər verir ki, Tokayev Çin lideri Si Cinpinin dəvəti ilə 30 avqust – 3 sentyabr tarixlərində bu ölkədə olacaq.

Səfər çərçivəsində Qazaxıstan-Çin strateji tərəfdaşlığının genişləndirilməsi istiqamətində ali səviyyəli danışıqlar aparılacaq. Prezident Tokayev 31 avqust – 1 sentyabrda Tyantszində keçiriləcək ŞƏT sammiti və “ŞƏT plus” iclasında iştirak edəcək.

Bundan əlavə, sentyabrın 2-də Pekində “Qazaxıstan–Çin” İşgüzar Şurasında çıxış edəcək və iri Çin şirkətlərinin rəhbərləri ilə görüşəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir