Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük daşımalarının həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Şərq-Qərb nəqliyyat dəhlizinin
Azərbaycan hissəsi üzrə yük daşımalarının həcmi 8,300 milyon
olub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
130,8 min ton və ya 1,6% çoxdur.




Belə ki, 2024-cü ilin ilk 6 ayında Şərq-Qərb nəqliyyat
dəhlizinin Azərbaycan hissəsi üzrə yük daşımalarının həcmi 8,170
milyon ton olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük
daşımalarının 4,998 milyon tonu tranzit yüklər olub ki, bu da illik
müqayisədə 43,7 min ton və ya 0,9% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir