Ölkəmizdə süni intellektin bir elm sahəsi kimi inkişafı xüsusi diqqət mərkəzindədir – Əli Abbasov

Baş səhifə

Bakı.Trend:

Azərbaycan elmi son illərdə yeni inkişaf mərhələsinə qədəm
qoyub. Həm dövlət səviyyəsində, həm də texnoloji istiqamətdə bu
inkişaflar davam etdirilir.

Trend xəbər
verir ki, bu fikri Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri
İnstitutunun baş direktoru Əli Abbasov bu gün keçirilən
“Kibernetika və informatikanın problemləri” (PCI 2025) mövzusunda
VI beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycanda süni intellektin müxtəlif
sahələrində, o cümlədən təbii dil texnologiyalarının inkişafında
mühüm işlər görülür. Konfransda 30 ölkənin nümayəndələri iştirak
edir:




“Tədbir çərçivəsində dünya elminin ən aktual məsələlərindən olan
informasiya sistemləri ilə bağlı mövzular müzakirə olunacaq. Son
illərdə ölkəmizdə müasir texnologiyalar və rəqəmsal inkişaf fonunda
süni intellektin, eləcə də onun bir elm sahəsi kimi inkişafı xüsusi
diqqət mərkəzindədir”.

O əlavə edib ki, bütün bu mövzular 200-dən çox yerli və
beynəlxalq elmi ictimaiyyət nümayəndəsinin iştirakı ilə müzakirə
ediləcək.