CHP-də daha bir qalmaqallı istefa

Baş səhifə

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) daha bir qalmaqallı istefa yaşanıb.

Modern.az-ın məlumatına görə, Ardahan Göle Bələdiyyə Başçısı Gökhan Budak CHP-dən istefa verib.

“Xalqıma daha sərbəst və daha təsirli şəkildə xidmət etmək arzumdur”, – o bildirib.

Qeyd edək ki, Gökhan Budak 31 mart 2024-cü ildə keçirilən seçkilərdə CHP-dən Gölə Bələdiyyə Başçısı seçilib.

Bununla da avqust ayında CHP-dən istefa verən bələdiyyə sədrlərinin sayı 5-ə yüksəlib.