
Bakı.Trend:
Avqustun 25-də polis əməkdaşları paytaxt və respublikanın
ayrı-ayrı rayonlarında 2 avtomat silahı və 4 tüfəng aşkar edərək
götürüblər.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.

