
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəniz nəqliyyatı ilə
yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 130,079 milyon
manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi
ilə müqayisədə 21,1 milyon manat və ya 19,4% çoxdur.
Cari ilin birinci yarısında dəniz nəqliyyatı ilə yüklərin
daşınmasından əldə edilən gəlirlər 129,9 milyon manat olub ki, bu
da ötən ilin ilk 6 ayındsakı göstəriciyə nisbətən 21,8 milyon manat
və ya 20,1% çoxdur.
Hesabat dövründə əldə olunan gəlirin 126,8 milyon manatı xarici
əlaqə üzrə, digər hissəsi – 3,123 milyon manatı isə kabotaj əlaqə
üzrə yük daşımalarının payına düşüb.
Bu ilin ilk 6 ayında dəniz nəqliyyatı ilə sərnişin
daşımalarından əldə olunan gəlir isə 123 min manat təşkil edib ki,
bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 697 min
manat və ya 6,7 dəfə azdır.
Cari ilin yanvar-iyun aylarında dəniz nəqliyyatı ilə yük
daşımalarının həcmi 4,6 milyon ton (11,8% artım), sərnişin
daşımalarının həcmi isə 12,8 min nəfər (4,5% azalma) təşkil
edib.