Avstraliya İran səfirini ölkədən çıxarıb

Baş səhifə

Avstraliyanın Baş naziri Entoni Albaniz İran səfirini ölkədən çıxarıb.

APA “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, Albaniz İranı Avstraliyada baş vermiş antisemit hücumları yönləndirməkdə ittiham edib və İranın bu ölkədəki səfiri Əhməd Sadeqinin və daha üçn iranlı diplomatın Avstraliyadan qovulmasına göstəriş verib.

Albaniz ölkəsinin SEPAH-ı (İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı elan edəcəyini bəyan edib.

Avstraliya XİN-in bildirdiyinə görə rəsmi Kanberra İkinci Dünya Müharibəsindən bəri ilk dəfədir ki, hansısa bir ölkənin səfirini qovur.

Bildirilib ki, İranla diplomatik əlaqələr davam edəcək lakin, Avstraliyanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Qeyd edək ki, ötən il Avstraliyanın Sidney və Melburn şəhərlərində anti-semit hücumlar həyata keçirilib.