Uzun illər Azərbaycanda elmi konfransların nəticələri ürəkaçan olmayıb – Əminağa Sadıqov

Baş səhifə

Bakı. Trend:

Uzun illər ölkəmizdə müxtəlif elmi konfranslar keçirilsə də,
onların nəticələri hələ ürəkaçan olmayıb.

Trend xəbər
verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin
direktor müavini, Sumqayıt Dövlət Universitetinin icraçı rektoru
Əminağa Sadıqov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri
İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri”
(PCI 2025) mövzusunda VI beynəlxalq konfransda çıxışı zamanı
səsləndirib.




Ə. Sadıqov bildirib ki, hazırda təşkil edilən konfransların
əksəriyyəti artıq tələblərə cavab verir:

“Hesab edirəm ki, bu konfrans yeni ideyaların formalaşmasına
zəmin yaradacaq. Ən əsası isə, bu tip tədbirlər başa çatdıqdan
sonra onların əks-sədası uzun müddət davam etməlidir. Konfransda
müzakirə olunan mövzular elmi-populyar dildə geniş ictimaiyyətə
təqdim edilməlidir ki, tədbir öz məqsədinə çatsın”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir