
Bakı. Trend:
Süni intellekt inkişaf etdikcə, təhlükə ağıllanmış olur və
kibertəhlükəsizlik də onunla eyni dərəcədə, onu dəf edə bilmək üçün
inkişaf etməkdədir.
Trend xəbər
verir ki, bunu AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya
Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Elm və
Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən
“Kibernetika və informatikanın problemləri” (PCI 2025) VI
beynəlxalq konfransında sualları cavabandırarkən deyib.
Rasim Əliquliyev bildirib ki, informasiya texnologiyalarının
mühafizəsinin təşkili təmin edilməsə, ciddi nəticələrə gətirib
çıxara bilir.
“Bu təhlükələr dövlətin ideoloji təməllərinə zərər verməyə qədər
gətirib çıxara bilər. Artıq kiberdələduzluq kiminsə şəxsi
kompüterindəki məlumatlara hücumla məhdudlaşmır. Hərb sahəsi indi
kibertəhlükəsizliyin inkişafını şərtləndirir. Son dövrlər
kibertəhlükəsizliyin qarşısında duran problemlər təkcə lokal
vəzifələrdən ibarət deyil. Artıq söhbət kibersuverenlikdən gedir” –
o qeyd edib.