
Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yolu nəqliyyatı
ilə yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 200,4 milyon
manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi
ilə müqayisədə 17,8 milyon manat və ya 8,2% azdır.
Cari ilin birinci yarısında dəmir yolu nəqliyyatı ilə yüklərin
daşınmasından əldə edilən gəlirlər 192,6 milyon manat olub ki, bu
da ötən ilin ilk 6 ayındakı göstəriciyə nisbətən 20,6 milyon manat
və ya 9,7% azdır.
Bu ilin ilk 6 ayında dəmir yolu nəqliyyatı ilə sərnişin
daşımalarından əldə olunan gəlir isə 869,4 milyon manat təşkil edib
ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,8
milyon manat və ya 1,6 dəfə çoxdur.
Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə yük
daşımalarının həcmi 8,4 milyon ton (9,4% azalma), sərnişin
daşımalarının həcmi isə 4,6 milyon nəfər (20,7% artım) təşkil
edib.