
Bakı.Trend:
Dövlət xətti ilə xarici ölkələrdə təhsil alan Azərbaycan
vətəndaşlarının sayı məlum olub.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-2025-ci tədris ilində 1111 nəfər xarici
ölkələrdə təhsil alıb.
Onlardan 212 nəfəri MDB ölkələrində ( 12 nəfər Qazaxıstanda, 198
Rusiyada, 2 nəfər Tacikistanda), 899 nəfər isə digər ölkələrdə ( 1
nəfər ABŞ-də, 4 nəfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında, 72 nəfər Çində, 3 nəfər İspaniyada, 3 nəfər İtaliyada,
3 nəfər Cənubi Koreyada) təhsil alıb.