Hikmət Hacıyev Birinci Vitse-Prezident Mehriban Əliyevanı təbrik edib

Baş səhifə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci Vitse-Prezident Mehriban Əliyevanı təbrik edib.

“Report” xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib:

“Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı və ölkəmizin çiçəklənməsi naminə yorulmaz fəaliyyətində yeni-yeni uğurlar arzu edirik”.