
Bakı.Trend:
Laçına köçürülmüş sakinlərdən 1200-ə yaxın şəxs məşğulluq
tədbirlərinə cəlb edilib
Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın rayonuna köçürülmüş
sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir:
“Həmin sakinlərdən artıq 1200-ə yaxın şəxs məşğulluq
tədbirlərinə cəlb olunub. Onlardan:
1132 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o
cümlədən, rayona köçürülmüş sakinlərdən 74 nəfər üçün
özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar
yaradılıb)”
“49 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə
hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri
aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı
məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir”-məlumatda
deyilir.

