
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiyaya təzyiq gücləndirilməlidir.
“Report” xəbər verir ki, nazir bunu ABŞ, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Ukraynadan olan həmkarları ilə müşavirənin yekunları üzrə “X” hesabında yazıb.
“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmağa hazır olduğunu dünyaya sübut etməlidir. Dünən həmkarlarımla danışdım. Biz yekdil fikirdəyik: Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı var. Rusiyaya təzyiqi gücləndirmək lazımdır”, – o yazıb.