
Bakı. Trend:
“Caspian Steel Corporation” Qapalı Səhmdar Cəmiyyəti (QSC)
yenidən təşkil olunur.
Trend xəbər
verir ki, bu barədə şirkət özü elan edib.
Belə ki, “Caspian Steel Corporation” Qapalı Səhmdar Cəmiyyəti
təşkilati-hüquqi formasını dəyişərək, “Caspian Steel Corporation”
Məhdud Məsuliyyətli Cəmiyyəti kimi yenidən təşkil olunduğunu elan
edib.
Qeyd edək ki, şirkətin hazırda dövlətə hazırda 8 min 546 manat
27 qəpik vergi borcu var.
“Caspian Steel Corporation” QSC 2020-ci ildə dövlət qeydiyyatına
alınıb. Nizamnamə kapitalı 2 100 manat olan QSC-nin qanuni
təmsilçisi Vəliyev Anar Əlabbas oğludur.