Cənub-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Cənub-Qərb nəqliyyat dəhlizinin
Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 78,9 milyon ton-km
olub.

Trend bu barədə
Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
15,7 milyon ton-km və ya 24,8% çoxdur.




Belə ki, 2024-cü ilin ilk 6 ayında Cənub-Qərb nəqliyyat
dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 63,2
milyon ton-km olmuşdu.

Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük
dövriyyəsinin 73,7 milyon ton-km hissəsi tranzit yüklər olub ki, bu
da illik müqayisədə 10,5 milyon ton-km və ya 16,6% çoxdur.