
Bakı. Trend:
Azərbaycan 1-ci liqa klublarından “Cəbrayıl” 19 futbolçusu ilə
yollarını ayırıb.
Trend xəbər
verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat
yayıb.
“Cəbrayıl” oyunçuları Zahir Mirzəzadə, Aqşin Yaqubov, Həsrət
Mürsəlov, Taleh Qarayev, Mirmövsüm Canıyev, Samir İbrahimov,
Nurlan Quliyev, Polad İbrahimov, Elşad Əliyev, Məhərrəm Orucov,
Zeynəddin Abdurahmanov, Samir Məhərrəmli, Kənan Baxışov, Ravil
Qafarov, Okan Təhməzli, Bilal İsmayılov, Ümüd Cəfərov, Vüsal
Səfərov və Əkpər Vəliyevlə vidalaşıb.
Klub onlara uğurlar arzulayıb.

