
İran Avstraliyanın İran səfirini Sidney və Melburnda hücumlarda Tehranın əli olması ittihamları fonunda ölkədən çıxarmaq qərarından sonra cavab tədbirləri görəcəyini vəd edib.
“Report”un “Al Arabia”ya istinadən verdiyi məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai həftəlik brifinqdə bildirib.
“İrəli sürülən ittihamlar tamamilə əsassızdır. Diplomatik səviyyədə hər hansı qeyri-münasib və əsassız hərəkətlər qarşılıqlı tədbirlərlə cavablandırılacaq”, – o qeyd edib.

