
Bakı. Trend:
Çin 14-cü Beşillik Plan (2021-2025) dövründə dünyanın ən böyük
elektrik avtomobili (EV) şarı şəbəkəsini yaradacaq.
Trend Sinxua
agentliyinə istinadən xəbər verir ki, Çinin Milli Enerji
Administrasiyasının rəhbəri Van Honzi mətbuat konfransında
bildirib:
“Çin, eyni zamanda, dünyanın ən böyük və ən sürətlə inkişaf edən
bərpaolunan enerji sistemini inşa edib və bu sistemin ümumi
quraşdırılmış elektrik istehsalı gücündə payı 40 faizdən təxminən
60 faizə yüksəlib”.
Onun sözlərinə görə, Çin hazırda dünyanın ən böyük elektromobil
istehsalçısıdır və bu nəqliyyat vasitələri ölkə daxilində sürətlə
yayılır.
Bunu nəzərə alan hökumət şarj stansiyaları şəbəkəsinin
genişləndirilməsinə əlavə maliyyə vəsaiti ayırmaq barədə qərar
qəbul edib.