Rusiyada kömür sənayesində böhran – 17 müəssisə fəaliyyətini dayandırıb

Baş səhifə

Rusiyanın Kemerovo vilayətində kömür sənayesindəki böhran səbəbindən 17 müəssisə fəaliyyəti dayandırılıb.

“Report”un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru İlya Seredyuk mətbuat konfransında bildirib.

Eyni zamanda, o qeyd edib ki, işçilər isə bağlanan istehsalatların daxil olduğu holdinqlərin digər müəssisələrinə yenidən bölüşdürülüb.

Onun sözlərinə görə, problemlər Qərb sanksiyaları və dünya kömür qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.

Regionda kömürün çıxarılması və zənginləşdirilməsi üzrə 151 müəssisə mövcuddur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir