İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb

Baş səhifə

İtaliyanın “Sassuolo” klubu təcrübəli yarımmüdafiəçi Nemanya Matiçi transfer etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, onunla 2026-cı il iyunun 30-dək müqavilə bağlanıb.

37 yaşlı serbiyalı futbolçu İtaliya təmsilçisinə azad agent kimi keçib.

Matiç 2024/2025 mövsümündə “Lion”da çıxış edib. O, bütün turnirlərdə 39 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.