Kolumbiyalı hücumçu “Qarabağ”la müqavilə imzalamaq üçün Bakıya gəlib

Baş səhifə

Bakı. Trend:

“Qarabağ” heyətinə yeni futbolçu cəlb edib.

Trend-in
xəbərinə görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban
Qurbanov mətbuat konfransında məlumat verib.




O, kolumbiyalı hücumçu Kamilo Duranın müqavilə imzalamaq üçün
Bakıya gəldiyini bildirib.

Qeyd edək ki, 23 yaşlı forvardın son klubu Portuqaliyada
“Portimonensi” olub.