Bakıda qışa hazırlıqla bağlı müşavirə keçirilib

Baş səhifə

Bakı.Trend:

Avqustun 26-da Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın
təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış
mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

Trend xəbər
verir ki, bu barədə BŞİH-in mətbuat xidməti məlumat yayıb.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası
güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.




Onun sözlərinə görə, bu gün strukturlar öz funksional
vəzifələrindən asıllı olmayaraq vahid organizm kimi
çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət
göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri
də bu yanaşma ilə icra olunmalıdır.

İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal
xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub
və bu işlərin sürətləndirilməsi tapşırılıb.

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan
qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və
təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı
tapşırıqlar verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir