Özbəkistan və İordaniya liderləri əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Baş səhifə

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İordaniya Kralı II Abdullah ibn əl-Hüseyn ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Bu barədə “Report” Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səmərqənd Konqres Mərkəzində iki ölkə liderlərinin siyasi dialoqun gücləndirilməsi, ticari-iqtisadi əlaqələrin inkişafı və mədəni-humanitar qarşılıqlı fəaliyyətin aktivləşdirilməsinə həsr olunmuş danışıqları keçirilib.

Tərəflər İordaniya kralının tarixdə ilk səfərinin ikitərəfli əməkdaşlığın yeni mərhələsini açdığını və onu hərtərəfli tərəfdaşlıq səviyyəsinə çıxaracağını qeyd ediblər.

Onlar qarşılıqlı fəaliyyətin səmərəliliyini və BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində təşəbbüslərin dəstəklənməsinin davam etdirilməsinin vacibliyini vurğulayıblar və bir sıra digər məsələlərə diqqət yetiriblər.

Görüşün sonunda Kral II Abdullah ibn əl-Hüseyn Özbəkistan Prezidentini İordaniyaya cavab səfərinə dəvət edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir