Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Baş səhifə

Bakı. Trend:

Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda
Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Vətəndaşların
pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinin
şərh edilməsinə dair Naxçıvan Muxtar Respublikasının Ali
Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul
olunması haqqında qərardad qəbul edilib.




Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya
Məhkəməsi Plenumunun sentyabrın 16-na təyin olunmuş iclasında
baxılacaq.