
Bakı. Trend:
“Zirə”nin futbolçusu Rövlan Muradov cərrahiyə əməliyyatı
olunub.
Klubdan Trend-ə
verilən məlumata görə, ötən həftə məşqdə üz nahiyəsindən zədələnən
yarımmüdafiəçinin orbita sümüyü sınıb və bu səbəbdən əməliyyat
keçirib.
Futbolçu təxminən 3 həftədən sonra sıraya dönəcək.
Qeyd edək ki, Rövlan Muradov cario mövsümün əvvəlində
“Sumqayıt”dan “Zirə”yə keçib.