“İmişli” kolumbiyalı futbolçu transfer etdi

Baş səhifə

Bakı. Trend:

“İmişli” sıralarına daha bir futbolçu qatıb.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi kolumbiyalı müdafiəçi Edvin Bangera ilə 2 illik
müqavilə imzalayıb. 29 yaşlı futbolçu Portuqaliyanın II Liqasından
“İmişli”yə transfer olunub. O, son olaraq “Felqeyraş” klubunun
şərəfini qoruyub.




Sol cinah müdafiəçisi indiyədək “Salqeyruş”, “Jil Visente”,
“Kovilya” və “Mafra” kimi klublarda çıxış edib.

Qeyd edək ki, “İmişli” bunadək Ronaldo Rodriqez de Souza, Azər
Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli
Quliyevi, Ezekiel Morqan, Nikola Karaklayiç, Luiz Fernando Silvestr
Junioru, Yav Mozes, Tuncay Yusifli, Dioqo Almeyda və Xəlil
Mürsəllini heyətinə qatıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir